İcra başçısı istefa verən müavinini rəsmən işdən çıxardı

SİYASƏT
15:34 / 10.07.2020
1711

Vəzifəsindən istefa verən Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev rəsmən vəzifəsindən çıxarıldı.

HİT.Az xəbər verir ki, “MediaPost”un məlumatına görə, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Seymur Orucovun müavini Aydın Hacıyev bir neçə gün öncə qardaşı narkotiklə həbs olunduğu üçün o işdən çıxmaq ərizəsini yazmağa məcbur olmuşdu.

Seymur Orucov müavinin istefasını qəbul edərək, onu vəzifəsindən azad edib.

 

0