Qarabağda daha 12 terrorçu MƏHV EDİLDİ

MƏDƏNİYYƏT
09:54 / 05.11.2020
3546

Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir.

HİT.Az Ordu.az-a istinadən xəbər verir ki, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib.

Terrorçular əsasən Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan 1-i özünü partladıb.

Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.

0