Ən uzun davam edən türk serialları hansılardır? - SİYAHI

MƏDƏNİYYƏT
17:12 / 07.06.2023
778

Bəzi seriallar var olur ki, bitməyini heç istəmirsiniz.

Həmin serialın rejissorları və ssenaristləri də izləyicilərin bu sevgisini görərək layihəni maksimum şəkildə uzatmağa çalışırlar. Çox sevilən serialların uzun müddət davam etməsinin əsas səbəblərindən biri də məhz budur. Dünyada olduğu kimi qardaş Türkiyədə də uzun illər davam edən unudulmaz seriallar olub.

HİT.az Türkiyənin ən uzun ömürlü seriallarının siyahısını təqdim edir:

1. "Mahellenin Muhtarları"
1992-2002-ci illərdə yayımlanan ekran işinin ömrü 337 bölüm olub.

2. "Ayrılsak da Beraberiz"
1999-2004-cü illərdə yayımlanan serial 450 bölüm davam edib.

3. "Bizimkiler"
Türkiyənin unudulmaz seriallarından olan "Bizimkiler" 1989-2002-ci illər arasında yayımlanıb və 465 bölüm çəkilib.

4. "Bizim Mahalle"
1993-2002-ci illərdə yayımlanan seriallardan biri də "Bizim Mahalle" olub. Layihə 510 bölüm yayımlanıb.

5. "Arka Sokaklar"
Təbii ki, ən uzun müddət davam edən serial deyəndə ilk ağla gələnlərdən biri də Türkiyənin əfsanəvi seriallarından "Arka Sokaklar"dır. 2006-cı ildə ekran macərasına başlayan serial hələ də davam edir. "Arka Sokaklar"ın indiyə qədər 638 bölümü yayımlanıb.

6. "Kaynanalar"
Türkiyənin ən qədimi seriallarından olan "Kaynanalar" isə 1974-2004-cü illərdə yayımlanıb. Serial 950 bölüm yayımlanıb.

7. "Deniz Yıldızı"
2009-2015-ci illərdə yayımlanan serialın bölüm sayı isə 1287-dir.

8. "Unutma Beni"
2008-2016-cı illərdə yayımlanan serial  1702 bölüm davam edib.

9. "Bizim Evin Halleri"
2000-2009-cu illər ərzində davam edən serial 1705 bölüm ekranlarda yer alıb.

10. "Ferhunde Hanımlar"
1993-1999-cu illərdə yayımlanan serial tam 1780 bölüm davam edib. Onu da qeyd etmək lazımdır ki, "Ferhunde Hanımlar" serialı ən çox bölümü yayımlanan türk serialı olaraq tarixə keçib.

Pərviz

0