Rüstəm Muradov məhv edilən erməni meyitlərini Bakıdan İrəvana aparır

SİYASƏT
21:08 / 17.11.2021
935

Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov təyyarə ilə Bakıdan İrəvana yola düşüb.

APA-nın xəbərinə görə, bu barədə "Sputnik Armeniya" məlumat yayıb.

Sayt yazır ki, təyyarənin göyərtəsində son təxribat zamanı ölən erməni hərbçilərinin cəsədləri var. Lakin hava gəmisində heç bir hərbi əsir yoxdur. General Muradov Azərbaycan-Ermənistan sərhədinin Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan hissəsindəki vəziyyəti nizamlamaq üçün danışıqlar aparmaq niyyətindədir.

1