Deputatlar tətilə çıxır...

SİYASƏT
09:10 / 30.06.2020
1033

Azərbaycan Milli Məclisinin (MM) deputatları tətilə çıxırlar.

Onlar rəsmi olaraq iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir.

Qanunvericiliyə əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün 2 aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb. İyun ayında parlamentin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın bu gün – iyunun 30-da yekunlaşacağı gözlənilir.

0