Bakının bəzi ərazilərində niyə internet yoxdur? - Açıqlama

TEXNO
23:38 / 18.06.2020
1674

Bakının bir sıra ərazilərində internetin verilişində problem yaranıb.

Baktelecom-dan "Qafqazinfo"ya verilən məlumata görə, "Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 2 saylı Rabitə xidmətləri mərkəzi ATS 561-də baş verən qısa qapanma səbəbindən internet şəbəkəsini ötürən avadanlıqların işində çətinlik yaşanır.

Nəticədə bəzi Baktelecom abunəçilərinin internet xidməti ilə təminatı fasilə meydana gəlib. Hazırda texniki heyət tərəfindən yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik tədbirlər həyata keçirilir.

Abunəçilərdən internet xidmətinin göstərilməsində yaranmış fasilələri nəzərə almaları xahiş olunur.

1