Uşaqlara yanıltmac öyrədilməlidirmi?

MARAQLI
22:14 / 26.04.2024
419

Azərbaycan uşaq ədəbiyyatının zəngin tarixi var. 

Şifahi xalq ədəbiyyatında yeni nəslin bədii-estetik və mənəvi-ruhi tərbiyəsi üçün müxtəlif janrlar tapmaq olar.

Ancaq pedaqoqlar uşaqlara şeir və nağılla yanaşı, onlara yanıltmac öyrətməyin vacib olduğunu bildirir.

Bağça müəllimi Vəfa Əliyeva Hit.az-a deyib ki, 3-5 yaşlı uşaqların nitqinin, söz bazasının zəngin olması üçün onlara yanıltmac öyrədilməlidir:

 “Düzdür, yanıltmacı demək asan deyil. Ancaq yanıltmac deməyi öyrənərsə, onun nitqi gözəl olar. Fikir versəz görərsiz ki, yanıltmaclarda daha çox k,q, r samitlərinə üstünlük verilir. Əksər uşaqlar isə danışanda bu səsləri ya yeyir, ya da qəribə formada səsləndirir. Ancaq yanıltmacları öyrənən, sərbəst deyən uşaqların nitqin k,ç, r, c və digər səs problemi olmur”.

Sevinc

0