Pekin ABŞ-a münasibətlərdə nəyə ümid edir?

DÜNYA
21:31 / 24.05.2023
290

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın fikir ayrılıqlarını həll etmək və dialoqu təkmilləşdirmək üçün Çinlə birlikdə çalışacağına ümid edir.

HİT.az xəbər verir ki, bunu Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq brifinq zamanı Pekinin yeni səfirinin Vaşinqtona gəlişini şərh edərkən bildirib.

“Ümid edirik ki, Birləşmiş Ştatlar iki ölkədə və dünyada insanların ümumi maraqlarını nəzərə alacaq və dialoqu yaxşılaşdırmaq, fikir ayrılıqlarını həll etmək və əməkdaşlığı gücləndirmək, Çin-ABŞ münasibətlərini düzgün istiqamətə qaytarmaq üçün birlikdə çalışacaq", deyə Mao Ninq bildirib.

Onun sözlərinə görə, Çin-Amerika münasibətləri "hər iki ölkə və dünya üçün həyati əhəmiyyətlidir" və Çin onları qarşılıqlı hörmət, dinc və birlikdə yaşama, qarşılıqlı və faydalı əməkdaşlıq prinsiplərinə uyğun olaraq inkişaf etdirir.

Bununla yanaşı, diplomat vurğulayıb ki, Çin “öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumağa sadiq qalır”.

Sözçü həmçinin ümid etdiyini bildirib ki, Amerika tərəfi bir gün əvvəl Vaşinqtona gələn səfir Se Fenqə öz vəzifələrini yerinə yetirməkdə dəstək və köməklik göstərəcək.

Samir

0