Ermənistan Müdafiə Nazirliyi daha 3 hərbi qulluqçusunun yaralandığını bildirib.
Ermənistan KİV-i xəbər verir ki, yaralı hərbçilərin səhhəti barədə ətraflı məlumat verilməyib.
"Təəssüf ki, 5 yaralımız var. 3 əsgər və 2 polis əməkdaşı yaralanıb"- deyə Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan məlumatı təsdiq edib.
Rəsmi Yerevan bundan əvvəl 2 polis əməkdaşının yaralandığını etiraf etmişdi. Hazırda ümumilikdə erməni 5 hərbçinin yaralandığı qeyd olunur.
Amma yaralı və ölü sayının daha çox olması ehtimalı yüksəkdir.
Modern.az