İnsan psixoloji problemləri olduğunu necə anlaya bilər? - RƏY

SAĞLAMLIQ
12:38 / 06.11.2024
579

"İnsanlar ailə-məişət problemləri, gündəlik qayğılar və işlə əlaqədar olaraq qəzəbli, aqressiv, narahat ola bilərlər". 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib. 

Lakin o bildirib ki, bu problem minimum 3-6 ay müddətində davam edən şəxslərdə psixoloji yorğunluq, emosianal çöküş və depressiv hal müşahidə oluna bilər:

"Həmçinin, şəxsdə yuxu pozğunluğu, tək qalma hissi, yaddaşın zəifləməsi, panik-atak, əvvəllər zövq aldığı fəaliyyətlərdən artıq zövq almamaq  və s. hallar varsa psixoloqa müraciət etməlidir. Çünki bütün xəstəliklərin yaranmasının ən başlıca səbəbi psixoloji narahatlıqdır. Biz psixoloji vəziyyətimizə, ruhumuza əhəmiyyət vermədiyimiz üçün psixoloji narahatlıqlar fiziki xəstəlik olaraq üzə çıxır". 

361658

Həmsöhbətimiz qeyd edib ki, psixoloq yanına gələn pasiyentlərə doğru düşünməyi, var olan problemdən necə çıxış yolu tapmağı öyrədir:
"Ancaq psixoloqa getməyən insanlar isə daha çox dərman preparatlarına üz tuturlar. Onlar, daha tez effekt almaq üçün bu addımı atırlar. Lakin bilmirlər ki, ömürlük nəticə almaq üçün dərman preparatlarından istifadə etmədən psixoloji problemlərindən azad olaraq digər somatik xəstəliklərdən də qurtula bilərlər". 

Zəhra Zahidova bir çox insanın nə üçün psixoloqa müraciət etmədiyindən də danışıb:

"İlk növbədə, cəmiyyətdə psixoloji problemləri olan insanlara qarşı mənfi baxış mövcuddur. Ona görə də insanlar psixoloq yanına getdikdə "dəli", "aciz" və ya "düşüncə problemi olan" biri olaraq görülməkdən çəkinirlər. Üstəlik, "hər insan özünün psixoloqu olmalıdır" kimi qəribə bir fikir də formalaşıb. Hərçənd ki, mən bu fikirlə tam razı deyiləm. 

Bəli, hər bir şəxs dəyişimi özü istəyərsə, problemindən qurtulmağa çalışarsa, psixoloq həmin şəxsi dəyişə və problemlərinin həlli yolunu deyə bilər. Lakin bəzi problemlərdə insanların daha professional başqa baxış bucağına ehtiyacı olur. Bu zaman psixoloq həyatımızda önəmli yer tutur".

Onun sözlərinə görə, bəzi insanlar psixoloqa pul xərcləmək istəmirlər:

"Bəzi insanlar ruhuna pul xərcləməkdən çəkinir, lakin yemək-içməyə, əyləncəyə, geyimə pul xərcləyirlər. Ancaq bir insan ruhuna pul xərcləsə, nə istədiyini bilsə, ondan sonra bütün problemləri həll olacaq".

Pərviz

0