Sevdiyimiz işlə məşğul olduğumuzu necə bilmək olar? - Psixoloq DANIŞDI

SOSİAL
16:23 / 01.11.2024
482

"İnsan özünü dərk etdikdən sonra xəyallar qurmağa başlayır və gələcəkdə kim olmaq istədiyini düşünür".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, zaman keçdikcə insanın xəyalları dəyişə bilər:

"Yəni vəziyyətə, nəticəyə və baş verənlərə uyğun olaraq insanın xəyalları və ya düşüncələri dəyişə bilir. Sözsüz ki, bu fikir dəyişkənliyi hansı peşə ilə məşğul olmaq xəyalımıza da təsir edir. Ona görə də bəzi insanlar öz sevdiyi işlə məşğul olmurlar. Bəzi insanlar isə öz sevdiyi peşəyə sahib olurlar".

361407

Psixoloq insanın öz sevmədiyi işlə məşğul olduğunu necə anlaya biləcəyindən də danışıb:

"Əgər sevmədiyimiz işi gördüyümüz zaman bizdə həm halsızlıq və yorğunluq daha çox olur, həm də enerjimiz tez tükənir. Nəticədə, həmin işi etdiyimiz zaman zövq almırıq. Həmçinin, sevmədiyimiz işin inkişafı üçün də çox çalışırmırıq. 

Hətta çalışsaq belə, bunu xəyallarımız üçün etmirik. Bu isə bir müddət sonra bizdə yorğunluğa səbəb olur. Bundan başqa, sevmədiyimiz işi etdiyimiz zaman da bizə çox sıxıcı və yorucu gəlir".

Nabat Mirzəyeva diqqətə çatdırıb ki, insan sevdiyi işlə məşğul olduqda isə xoşbəxt olur:

"Sevdiyimiz işi görməkdən zövq və güc alırıq. Saat neçə olmasından asılı olmayaraq, həmin işi böyük sevgi və həvəslə görürük. Hətta sevdiyimiz işlə özümüzün inkişafı üçün də əlimizdən gələni edirik. Hər nə olursa-olsun bezmirik. Əgər işimizdə yorulmuruq və özümüzü gümrah hiss ediriksə, deməli, sevdiyimiz işlə məşğul oluruq". 

Pərviz

0