FİFA-dan Nusretə cəza - Qərar açıqlandı

İDMAN
01:09 / 25.12.2022
5386

Nusretlə bağlı araşdırma aparan FİFA ilk qərarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki,  ABŞ-ın ən qədim futbol turniri olan ABŞ Açıq Kubokunda Nusret Gökçenin finalda iştirakına qadağa qoyulması qərara alınıb.

FİFA Nusret Gökçenin icazəsiz sahəyə girdiyini açıqlayıb. Qeyd olunub ki, Salt Bae ləqəbli rəisi sahəyə buraxan şəxslər də cəzalandırılacaq. 

Həmçinin, Nusret Gökçenin 2026-cı il dünya çempionatında oynanılacaq matçlarda stadiona buraxılmaması kimi bəzi qadağalar ala biləcəyi də ifadə edilib.

1