\"Qarabağ\" 4 mükafat qazandı

16:00 / 27.12.2022
2234

"Qarabağ" 2022-ci ilin idman yekunlarına görə 4 müküafat qazanıb.

HİT.az xəbər verir ki, Ağdam təmsilçisi "ilin komandası" və "ilin klubu" nominasiyalarının qalibi olub.  

Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" adlı mükafatlandırma mərasimində mükafatlar klubun prezidenti Tahir Gözelə təqdim olunub.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə sorğunun nəticələrinə görə "ilin ən yaxşı məşqçisi" və "feyr-pley" mükafatlarına layiq görülüb.

0