Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO

İDMAN
09:44 / 28.03.2024
442

Yassin Benzia Əlcəzair millisinin heyətində ötən gün Cənubi Afrika yığmasına qarşı yoldaşlıq oyununda 2 qol və 1 assistə imza atmışdı.

 
"Qarabağ"ın futbolçusunun 3:3 hesabı ilə yekunlaşan oyunda vurduğu akrobatik qolu təqdim etmişdik. 
 
Offsideplus.az xəbər verir ki, Benzia hazırda performansı ilə dünya mətbuatının gündəmindədir:
 
"Lequipe": Benzia!!! "Qarabağ"ın futbolçusu qayçı zərbə ilə Cənubi Afrikaya qol vurdu. Gecənin ən gözəl qoludur, sözsüz ki.
 
"Foot Mercato": Yassin Benzia Cənubi Afrikaya qarşı xariqüladə qol vurdu.
 
FIFA Dünya Kuboku: Yassin Benziadan velosiped zərbəsi.
 
Afrika Futbol Federasiyası: Yassin Benziaya baş əyin. Milli komandaya dönüşü belə elan edərlər...
 
"Men in Blazers": İlin qolu Yassin Benziadan. Həm ağlasığmaz, həm də möhtəşəm.
 
"İnstant Foot": Zlatan İbrahimoviç deyil, Yassin Benziadır.

0