Brilliantın oğlu “iPhone 13”ə görə borca düşdü

17:22 / 19.11.2021
2245

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkədə yeni “iPhone 13”nü paylaşması müzakirə yaradıb. 

OLAY yazır ki, onun instaqramda yaydığı telefonunun görüntüləri izləyiciləri arasında qıcıq yaradıb və sənətçinin övladının ünvanına tənqidi fikirlər yazıblar.  

Daha sonra C. Hacıyev açıqlama yayaraq telefonu kreditlə götürdüyünü qeyd edib:

“Nolub sizə? Yazır ki, varlığa nə darlıq! Fransız xalqı kef edir. Telefonu 18 aylıq kreditə götürmüşəm. İlkin ödəniş üçün (33 faiz) bankdan borca pul götürmüşəm. Mənim pulumu sayanlar, narahat olmayın. Milyoner deyiləm, gedib rahat yatın”. 

3