Ətin qiyməti bahalaşacaq

İQTİSADİYYAT
20:29 / 23.04.2024
185

“Gürcüstandan xırda buynuzlu heyvanların idxalının məhdudlaşdırılması daxili bazarda müəyyən çətinliklər yarada bilər”. 

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib.

O bildirib ki, ət idxalının azalması daxildə qiymətə təsir edə bilər: 

“Bunun qarşısını almaq üçün digər ölkələrdə idxala üstünlük verilməlidir. Daha çox diri şəkildə heyvanların idxalı artmalıdır”.

A.Nəsirlinin sözlərinə görə, epidemioloji vəziyyətin qorunması üçün belə bir addımın atılması düzgündür. 

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına məhdudiyyət qoyub. Məhdudiyyətə səbəb Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanlarda taun xəstəliyinin qeydə alınmasıdır. 

Sevinc

1