Bank sistemində nə baş verir: Əmanətlər niyə geri çəkilir?

İQTİSADİYYAT
16:55 / 23.04.2024
275

“Son zamanlar vətəndaşlar banklarda əmanətlərini geri çəkir. Bu bank sisteminə olan etimadla bağlıdır”.

Bu sözləri Hit.az-a açıqlamasında bank sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov bildirib ki, son vaxtlar bəzi banklardan əmanətlərini geri çəkilməsi müşahidə olunur. bunun məlum səbəbləri var: 

“Ola bilər vətəndaşa pul lazımdır, ona görə də əmanəti geri çəkir. Həmçinin, onu da deyim ki, bankın vəziyyəti pis olanda bankən rəhbəri və ya onun qohumları pulu geri çəkir. Bu hal bank sistemində olub. Təhlükə var ki, bank bağlanacaq, ona görə rəhbər işçilər pulu geri çəkir. Buna səbəb isə bank işçilərinin pulu kompensasiya olunmur. Bank bağlananda pul batmaması üçün belə addım atırlar”.

Sevinc

0