Uşaqlara alça vermək olar?

ÖLKƏ
23:17 / 25.04.2024
212

Yay ayı gələr-gəlməz, artıq bazar və marketlərdə alçaların satışı başlayır.

Həkimlər istixanada yetişdirilən bu giləmeyvələr uşaqlar üçün son dərəcə ziyanlı olduğunu bildirir. 

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, Sara Mansurova bildirib ki, əsasən xaricdən gələn alçaları uşaqlara vermək məsləhət deyil: 

“Başqa ölkələrdən gətirilən nəinki alçaları, eləcə də digər meyvə və tərəvəzləri uşaqlara vermək düzgün deyil. Süni yolla yetişdirilmiş bu meyvə-tərəvəzlər xərçəng xəstəliyinə, sonsuzluğa və s. gətirib çıxarır. Yerli alçalar ziyan deyil, amma az miqdarda olar. Onu da deyim ki, alçada olan turşuluq mədədə turşuluğun miqdarını artırır, selikli qişanın eroziyasına, funksiyasının pozulmasına səbəb olur. Bu da uşaqlarda qusmaya, bağırsaq işləməsinə səbəb olur”.

Sevinc

0