“Oğluma dedim ki, tanımadığım ailənin övladını gəlin gətirmə”

11:56 / 23.02.2022
3250

"Oğlum ailə quranda məsləhətli seçim oldu. Artıq gənc oğlan idi, oturub söhbət edirdik”.

Hit.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Üzə düz” verilişində deyib.

"Ona dedim ki, bax bizim ətrafımızda dostlarımız, qohumlarımız var. Üstəlik, atan tərəfindən bizə daxil olan dostlar var. Təbii ki, onların da ailəsində qız övladı var. Dedim, bax və seçimini et. Düzdür, mən onu məcbur etmədim ki, bu belə olmalıdır. Sadəcə ona dedim ki, mənim tanımadığım ailənin övladını evimizə gətirmə”, - deyə o əlavə edib.

Əliyeva övladını təkbaşına böyütdüyünü qeyd edib: "Bəlkə də atası olsaydı, mən bu şeyləri deməzdim. Əlbəttə ki, hadisələr başqa cür cərəyan edərdi. Oğlumun həm atası, həm anası olaraq ata üzərinə düşən söhbətləri də mən danışmalıydım. Oğlum da sağ olsun, mənim məsləhətlərimi dinləyib, əməl edib. Ailə elə bir şeydir ki, bir dəfə seçib, bir dəfə ailə qurursan. Orda yanılmaq olmaz. Qayınana kimi lazımi olan yerdə sözümü deyirəm, məsləhətlərimi verirəm. Amma gəlinimlə rəfiqəyik. Hətta oturub dərdləşirik. Ailədə həmişə gəlinimin tərəfindəyəm”.

0