"Toyota" bu hədəfinə nail ola bilmədi

AVTO
12:49 / 26.04.2024
1313

Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota" hədəflərinə nail ola bilməyib.

Hit.az xəbər verir ki, şirkət 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər istehsal, satış və ixrac məlumatlarını dərc edib.

Bildirilib ki, ötən il avtomobil istehsalı 9,2 faiz artaraq 9,7 milyon ədədə çatıb. Lakin "Toyota" 10,1 milyon ədəd avtomobil istehsal etmək hədəfinə çata bilməyib.

Qeyd edək ki, şirkətin Yaponiyadakı istehsalı isə 18,7 faiz artaraq 3,31 ədədə çatıb. 

Pərviz

0