80 yaşlı məşhur 36 yaşlı sevgilisi ilə kralın məclisində - FOTOLAR

MAQAZİN
22:40 / 21.09.2023
752

“Rolling Stones” rok qrupunun solisti Mik Caqqer və sevgilisi, balerina Melani Hamrik Böyük Britaniya kralı və kraliçasının şərəfinə verilən dövlət ziyafətinə qatılıb. 

HİT.az xəbər verir ki, cütlüyün fotolarını "Daily Mail" nəşr edib.

80 yaşlı Mik Caqqer və 36 yaşlı Melani Hamrik Versal sarayındakı gecənin qonaqları olub. "Rolling Stones" qrupunun solisti klassik qara smokin, ağ köynək və papyon, sevgilisi isə büllur naxışlı köynəklə bəzədilmiş qara büstiyer gecə paltarı geyinib. 

Qeyd edək ki, kral III Çarlz və kraliça Kamilla Parker-Boulsun şərəfinə təşkil edilən ziyafətdə aktrisa Şarlotta Qenzburq və multimilyarder Bernard Arno da iştirak edib. 

Mick Caqqer və Melani Hamrik 2014-cü ildə görüşməyə başlayıblar. Cütlüyün altı yaşlı Deveraux adlı oğlu var. O, 2016-cı ilin dekabrında anadan olub və rokçunun səkkizinci övladıdır.

Samir

1