ÖLKƏ
17:00 / 26.09.2022
1615

Nişan "kolluğa gir" deyir, yol polisi isə cərimə yazır - VİDEO

Xaçmaz rayonunda haqsız yerə cərimələndiklərini iddia edən sürücülər Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıblar.

Onlar bildirir ki, rayon ərazisində olan yolların birində səhv quraşdırılmış nişana görə yol polisi əməkdaşları sürücüləri cərimələyir: “Yolda istiqaməti bildirən nişanın üzərində qeyd olunub ki, düzünə Xaçmaz rayonuna, sağa isə Bakı şəhərinə getmək olar. Ondan sonra isə maneəni sağdan keçmə nişanı quraşdırılıb. Lakin maenəni sağdan keçmək üçün gərək yoldan kənara düşək. Bir sözlə, düzünə getməyi qadağan edən heç bir nişan olmadığı halda yol polisi bizi cərimələyir”- deyə şikayət edən sürücülər bildirib.

Videogörüntüdən də aydın şəkildə görünür ki, yol hərəkətinin təşkilində nöqsan var. Sürücülərin yolun sağına quraşdırılmış 4.2.1 nişanının (maneəni sağdan keçməyi bildirən nişanın) tələbinə əməl etməsi qeyri-mümkündür. Çünki həmin nişanı sağdan keçmək üçün sürücülər asfalt yoldan kənara çıxaraq kolluğa düşməlidir. Hərəkətin bu cür təşkili qanunaziddir və belə nöqsana görə sürücülər məsuliyyətə cəlb edilə bilməz.

Ümid edirik ki, hərəkətin təşkili ilə məşğul olan səllahiyyətli şəxslər yolu müayinə edərək həmin nöqsanı aradan qaldıracaq.

0