ÖLKƏ
19:37 / 01.10.2022
619

Bakıda binada krant partladı, görün nə baş verdi - "Azərsu"dan xəbər yoxdur (VİDEO)

Nəsimi rayon H.B Əliyev küçəsi 54-də yerləşən yaşayış binasında qəza baş verib.

Bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib.

Sakinlərin verdiyi məlumata görə, hadisə səhər saatlarında baş verib. 

"Səhər su krantı partlamışdı. Su az-az axırdı. 09:00 radələrində "Azərsu"nun ərazi idarəsinə məlumat vermişik. Qaynar xətti də məlumatlandırmışıq ki, əməkdaşlarınız gəlib baxmır. Günortaya yaxın krant tamamilə sıradan çıxdı və bütün bloku su basdı. Hələ də "Azərsu"dan xəbər yoxdur. Bu nə biabırçılıqdır, belə səhlənkarlıq olar?", deyə sakinlərdən biri qeyd edib.

0