"Traktor" İran kubokunu qazandı

İDMAN
09:30 / 04.09.2020
1063

Təbrizin “Traktor” klubu İran kubokunun sahibi olub.

Cənubi Azərbaycan təmsilçisi final matçında “İstiqlal”la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, “al qurdlar” tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan "Traktor" 1976 və 1994-cü ildə finalçı olub.

0
Qol.az