Bakının bu küçəsində hərəkətə məhdudiyyət qoyulacaq

ÖLKƏ
10:38 / 19.05.2020
942
Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən HİT.Az-a verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
 
Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
0