Ukrayna Filipp Kirkorovu "qara siyahı"ya saldı

DÜNYA
23:20 / 24.06.2021
1245

Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukraynanın “qara siyahı”sına salınıb.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, F.Kirkorovun iştirak etdiyi konsert və musiqili verilişlər bundan sonra ölkədə yayımlanmayacaq.

Xalq artistinin hansı səbəbdən "qara siyahı"ya salınması isə hələlik açıqlanmayıb.

 

0