Vilayət Eyvazov generala yüksək vəzifə verdi

ÖLKƏ
16:05 / 13.01.2023
1038

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Sərdar Səfərov vəzifəsindən azad olunub.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Vilayət Eyvazovun digər əmri ilə general-mayor Sərdar Səfərov Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib.

Məlumatı DİN-dən APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, polis general-mayoru Oqtay Kərimov bir müddət əvvəl vəzifəsindən azad olunaraq nazir müavini təyin edilib.

0