Zülfüqarlıların toyu oldu - Bakıya Sandalı gətirdilər

ÖLKƏ
09:45 / 05.10.2024
366

Azərbaycanlı iş adamı, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlunun Bakıda toyu olub.

“Qafqazinfo”nun məlumatına görə, biznesmen kiçik oğlu Ramin üçün “Buta Palace”da dəbdəbəli mərasim təşkil edib.

Nigar-Ramin cütlüyünün toyuna Türkiyənin məşhur ulduzu Mustafa Sandal da dəvət edilib. Bundan başqa, mərasimdə Xalq artistləri Aygün Kazımova, Alim Qasımov da səhnəyə çıxıb. 

Qeyd edək ki, Loğman və Nurəddin Zülfüqarlı qardaşları həm Türkiyədə, həm də Azərbaycanda metal işinə böyük investisiyalar qoyublar. Daha sonradan “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovla aralarında yaranan münaqişə səbəbindən Türkiyəyə köçmüşdülər. 

0