Ağadadaş Ağayev ölkədən çıxıb? - VİDEO

MAQAZİN
11:26 / 05.10.2024
533
Xuliqanlıqda ittiham olunan Xalq artisti Ağadadaş Ağayevin xarici ölkəyə getməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Müğənninin Qırğızıstanda çəkildiyi iddia olunan videosu onun istintaqı davam etdiyi halda ölkədən necə çıxması barədə müzakirələrə səbəb olub.

Məlum olduğu kimi, Ağadadaş Ağayev barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Onun barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam edir.

Müğənninin vəkili Asim Abbasov Qafqazinfo-ya açıqlamasında iddialara aydınlıq gətirib.

Vəkilin dediyinə görə, yayılmış görüntülər köhnə kadrlardır: "Ağadadaş Ağayev ölkəni tərk etməyib, Bakıdakı evindədir. Öz sənəti ilə məşğuldur”, - vəkil bildirib.

Qeyd edək ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb. Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb. Balta isə klinikada çalışan qadın N.Paşayevaya dəyərək xəsarət yetirib.

Hadisəyə görə münaqişə tərəfləri ikisi də cinayət məsuliyyətinə cəlb edilib.
0