Adil Qeybulla: "Bu saatlarda çölə çıxmamaq məsləhətdir"

ÖLKƏ
13:10 / 08.08.2023
288

“Havanın temperaturunun 40-42 dərəcə olduğu günlərdə saat 10-dan 16:00-ya kimi evdən çölə çıxmamaq məsləhətdir. Xüsusilə də səhhətində problem olanlar buna əməl etməlidir".

Bunu Hit.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, bütün dünyada qlobal istiləşmə tendensiyası gedir:

“Buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi, hava tempraturun artması artıq yer kürəsində, planetdə xeyli dəyişiklik edib. Flora və faunada da xeyli dəyişikliklər yaradacaq. Öyrəşilməmiş istilərə dözmək də bir çətinlik yaradacaq. Ən əsası odur ki, kəskin isti günlərdə işi olmayanlar evdən çıxmasın. Saat 12:00-dan 17:00-a kimi ulturabənövşəyi şüaların düz düşən vaxtıdır və həmin müddətdə günəş vurması halları baş verə bilər. Bunlar orqanizmdə istilik tənzimləmə mərkəzlərinin pozulması ilə izah olunur".

Adil Qeybulla vətəndaşları həmin günlərdə diqqətli olmağa səsləyib:

“Günvurma ilə bağlı statistikanı görmürəm, amma əminəm ki, bu cür hallar az deyil. Hələ dənizdə boğulma hallarını demirəm”.

Azra

0