Dərslər nə vaxt başlayacaq? - Nazirlikdən açıqlama

ÖLKƏ
16:16 / 08.08.2023
347

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.

Bu barədə HİT.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” - nazirliyin məlumatında qeyd olunub.

0