Saxta kosmetik vasitələr nələrə səbəb olur?

ÖLKƏ
14:18 / 14.11.2023
264

Qadınlar gözəl və baxımlı görünmək üçün demək olar ki, hər gün kosmetik vasitələrdən istifadə edirlər. 

Bu səbəbdən kosmetik vasitələr qadınların həyatında önəmli rol oynayır.

Tələbat çox olduğu üçün kosmetika bu gün ən gəlirli sahələrdən hesab olunur. Bu konteksdə brend kosmetik vasitələri saxtalaşdıraraq ucuz qiymətə satanlar insanların sağlamlığı ilə oynamağa davam edirlər.

 Bakıda müxtəlif satış yerlərində, o cümlədən mağazalarda külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsullar satılır.
Həkim-kosmetoloq Aynurə Həsənova Hit.az-a şərhində deyib ki, kosmetik vasitələr insan dərisinin, cildinin, orqanizmin “pasportu” rolu oynayır: “Kosmetikalar dəri ilə təmasda olduğu üçün, xüsusilə bu vasitələrdə ucuza qaçmaq düzgün deyil. Ucuzdur deyə alınan kosmetik vasitələr sonradan dəridə ağır fəsadlar yaradır və bəzən onu əvvəlki vəziyyətinə gətirmək mümkün olmur. Bundan əlavə, əllərdə satılan kosmetik vasitələrdən istifadə etmək düzgün deyil. Çünki onların tərkibinə nələr qatıldığı, harada hazırlandığı məlum deyil. Bu vasitələr dəridə ləkələr əmələ gətirir, immun sistemi zəif olan insanlarda allergik mənşəli səpkilər yaradır. Ən təhlükəlisi isə odur ki, bu vasitələrin tərkibində olan kimyəvi maddələr dəridə xərçəng xəstəliyinə tutulma riskini artırır. Deməli, xanımlar sağlamlıqlarını qorumaq naminə ya kosmetikadan istifadə etməməlidir, ya da istifadə edirsə ona çox pul xərcləməyə də qıymalıdırlar. Ümumiyyətlə , bütün kosmetik vasitələr üzdə olan tük folekullarına böyük təsir edir. Belə ki, bu maddələr dəri ilə təmasda olduqda tük folekullarını və dərini yağlandıra bilmir. Bu da dəridə sızanaqların yaranmasına yol açır”.

Sevinc

0