Xəbəri olmadan adına kredit götürülüb - VİDEO

ÖLKƏ
10:48 / 28.09.2024
289
Şəxsiyyət vəsiqəsinin fotosunu tanımadığı şəxsə göndərən vətəndaşın adına özünün xəbəri olmadan kredit götürüblər.
 
Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağdaş rayon sakini Xəzanə Cavadovanın başına gəlib.
 
O iddia edir ki, sosial şəbəkə vasitəsilə bir nəfər şəxs özünü ona hər dəfə kredit götürdüyü təşkilatın əməkdaşı kimi tanıdıb. Və ona götürdüyü krediti daha az faizlə bağlamağı təklif edib.
 
Xəzanə Cavadova deyib ki, inandığı üçün qarşı tərəfə şifrə və parolu verib.
 
Kredit götürdüyü kabinetə daxil olmaq istəyəndə isə görüb ki, bu mümkün deyil. Şifrə və parolun dəyişildiyi bildirilib. Sonra kredit təşikaltı ilə əlaqə saxlayıb. Həmin təşkilatdan buna yeni şifrə təqdimj edilib. Lakin məlum olub ki, Xəzanə Cavadovanın adına 700 manatdan çox kredit götürülüb. 
 
Şikayətçi bununla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.
 
Mütəxəssislər isə belə hallarla bağlı vətəndaşlara diqqətli olmağı məsləhət görürlər.
 
Məsələ ilə bağlı sözügedən bank olmayan kredit təşkilatı ilə əlaqə saxladıq. Təşkilatdan "Xəzər Xəbər”ə bildirildi ki, 3-cü şəxslərə bu haqda məlumat vermək qanuni olaraq mümkün deyil. 

 
0