Keçmiş işçisi ilə FHN arasında qalmaqal

ÖLKƏ
18:22 / 14.11.2023
226

Fövqəladə Hallar Nazirliyi (FHN) məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, iddiaçı Hüseynov İmran Ramiz oğludur. 

Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. 

İş hakim Səlma Salahovanın icraatındadır. 

İmran Hüseynov FHN-nin əməkdaşı olub. Bir müddət əvvəl işdən çıxarılıb. 

Lakin o, işdən çıxarılmasını əsassız hesab edir. Bu baxımdan iddia tələbi işə bərpa ilə bağlıdır. 

Anar

0