Əcnəbi seyrə balonlarla çıxır, biz isə...

ÖLKƏ
21:56 / 23.08.2024
166

Dünyanın reytinq sıralamasında ilk 5 universitetindən 3-ü ABŞ-da, 2-si Böyük Britaniyadadır. 

Təəssüf ki, dünyanın ilk 100 universiteti arasında islamın dominant din olduğu heç bir ölkənin ali təhsil müəssisəsi yoxdur. Gələcək texnologiyaların üzərində olduğu üçün övladlarımızı təhsilə yönəldərkən, diqqətli olmalıyıq. Ölü peşələrə, gələcəyi olmayan ixtisaslara yatırım etməyin mənası qalmayıb. 

Bu siyahıda Türkiyənin 2 texniki Universiteti ODTÜ 285-ci və İTÜ 326-cı yeri tutub.

İran İslam Respublikasının siyahıya düşən 9 universitetindən 4-ü texnoloji yönlüdür.

Şərif Texnologiya Universiteti 342-ci yerdə qərarlaşıb.

BDU xeyli fasilədən sonra ilk 1000 Universitet , ADNSU və UNEC isə 1001-1200 arasında yer alıb.

Texniki Universitetlərimiz bu siyahıya düşə bilməyib. Texniki Universiteti reytinq sıralamasına düşməyən bir ölkənin texnoloji gələcəyi isə yadlardan asılı olmayacaqmı?

Əcnəbi seyrə balonlarla çıxır, biz hələ də Ramazanda saqqız çeynəməyin günah olub , olmadığını sorğulayırıq. Ən böyük sərvətimiz beynimizdir, istifadəsi doğru olmayanda kütlə, doğru olanda güclü iqtisadiyyatı olan xalqa çevriləcəyik.

Murad

0