Kimlər sarımsaq yeməməlidir?

21:10 / 19.09.2024
259

Sağlamlıq baxımından müxtəlif faydaları olan sarımsaq əsl şəfa qaynağı sayılır.

Bəzi insanlar sağlam qalmaq üçün sarımsaq istehlak etməyi şiddətlə tövsiyyə edir. Ancaq həkimlər isə əks fikirdədir. 

Hit.az xəbər verir ki, dərman kimi udulan sarımsağın təhlükəlidir.

Sarımsaqda olan allisin adlı kimyəvi birləşmə qaraciyərə çox daxil olduqda onu toksiki zəhərləyir.

Mədəsi və nazik bağırsağı həssas olanlar, yara, xorası olanlar acqarına və ya yeməkdən çox əvvəl çiy sarımsaq yeyərsə, ürəkbulanma, mədə yanması, reflüks, hətta qusma ola bilər.

Sarımsaq qastroezifagit reflü xəstəliyi olanlara əks göstərişdir.

Cinsi gücü artırmaq xüsusiyyətinə malik sarımsaq hətta zəhərlənmənin də qarşısını alır. Sarımsaq soyuqdəymə, qrip kimi xəstəliklərin sağalmasında köməyi çoxdur.Hər gün nizamlı olaraq, sarımsaq udmaq xərçəng riskini azaldır və müxtəlif xəstəliklərə qarşı insanda immunitet yaradır. 

Sevinc

0