Təqaüd kartları haqqında məlumatı kim verir?

İQTİSADİYYAT
17:07 / 19.09.2024
197

Hit.az “Hüququmuzu bilək” rubrikasında növbəti suala cavab axtarır.

Təqaüd ödəniş bank kartlarının hazır olub-olmaması və haradan götürülməsi ilə bağlı məlumatı necə almaq olar?

Sosioloq Vüqar Əvəzov Hit.az-a bildirib ki, bu məlumatı  142 - Çağrı Mərkəzinə zəng vurmaqla, Dövlət Sosial Müdafiə Fondu, yaşayış yeri üzrə Fondun şəhər (rayon) şöbələrinə və DOST mərkəzlərinə müraciət etməklə əldə etmək olar.:

“Əgər təqaüdə çıxan şəxsin özünün müraciət etmək imkanı yoxdursa, onun adından bu məqsədlə vəkalət verilmiş nümayəndələri müraciət edə kartları DOST mərkəzlərindən və müvafiq bank filiallarından ala bilərlər”- deyə o qeyd edib.

Murad

0