Süni intellektin banisi istefa verdi - ŞOK SƏBƏB

TEXNO
10:46 / 03.05.2023
1076

Süni intellektin banisi hesab olunan Ceffri Hinton sürpriz bir addım atıb.

HİT.az xəbər verir ki, o, "Google"dakı vəzifəsindən istefa verib.

Hinton süni intellektin gəldiyi nöqtənin qorxunc olduğunu deyib. O, bu texnologiyanı yaratdığı üçün peşman olduğunu da etiraf edib. 

75 yaşlı mütəxəssis "New York Times" nəşrinə açıqlamasında diqqətçəkən fikirlər səsləndirib:

"Bu sahədəki inkişafdan qaynaqlanan potansial təhlükələrə görə süni intellektlə bağlı çalışmalarımdan peşmanam. Hazırda süni zəkaya sahib robotlar insandan daha təhlükəli deyil, amma gələcəkdə qorxunc nəticələrə yol aça bilər. Düşünürəm ki, süni intellektə sahib robotlar insandan daha ağıllı olacaqlar".

Ceffri Hinton süni intellektin pis məqsədlər üçün istifadə edilmə ehtimalının "kabus ssenarisi" olacağını vurğulayıb:

"Bunların ən böyük təhlükəsi sahib olduğu məlumatları başqa bir robota kopyalamaq bacarığının olmasıdır. Ümumiyyətlə, süni zəka təhlükə mənbəyidir və daha çox güc əldə etməyə çalışa bilər".

Pərviz

0