"WhatsApp"da dəyişiklik - "İndi istifadə etmək daha rahatdır"

TEXNO
13:06 / 01.04.2024
852

"WhatsApp" Android versiyası üçün messencerin dizaynını dəyişib.

BAKU.WS xəbər verir ki, şirkət bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

Proqramdan istifadəni daha rahat etmək üçün əvvəllər yuxarıda yerləşən naviqasiya paneli indi aşağıya köçürülüb. 

“Ehtiyacınız olan hər şeyə ehtiyacınız olanda daxil olmağınızı asanlaşdırmaq üçün bəzi elementləri dəyişdirdik” deyən şirkət, yeni idarəetmə panelinin “barmaqlarınızın ucuna daha yaxın olacağını və daha yaxşı görünəcəyini” əlavə edib.

Əvvəlki paneldə dörd nişan var idi: "Şəxslər", "Söhbətlər", "Status" və "Zənglər". Yeni dizayn alt panelə yer alır və nişanların sırası da dəyişir: “Söhbətlər”, “Yeniləmələr”, “Şəxslər” və “Zənglər”.
Əvvəllər yalnız "Şəxslər" tabında simvol var idisə, indi dörd tabın hamısında nişanlar var. Bundan əlavə, panelin rəngi yaşıldan ağa dəyişdirilib.

“WhatsApp” artıq messencerin yenilənmiş dizaynlı versiyasını təqdim edib. Naviqasiya paneli hələ də yuxarıdadırsa, proqramı yeniləməlisiniz.

0