Məşhur amerikalı reper soyğun zamanı öldürüldü - VİDEO

DÜNYA
09:40 / 14.09.2022
1220

ABŞ-da məşhur reper və aktyor "PnB Rock" (Rakim Haşim Allen) qarətçi tərəfindən güllələnib.

Hit.Az oxu.az-a istinadən xəbər verir ki, faciə Los-Ancelesdə "Roscoe's Chicken and Waffles" restoranında baş verib.

Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.

Cinayətkar artistin bütün qızıl-zinət əşyaları götürüb, hadisə yerindən qaçıb. Polis axtarışlara başlayıb.

0