Türkiyədə son gündə 50 nəfər koronavirusdan öldü

00:17 / 10.05.2020
1141

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca koronavirusa qarşı mübarizə haqqında son məlumatları bölüşüb.

Onun sözlərinə görə, son 24 saat ərzində 50 nəfər vəfat edib, yeni halların sayı isə 1546 nəfər olub.

“İntensiv terapiyanın dəstəklənməsinə ehtiyacı olanların sayının azaldılması davam edir”, – deyən nazir bildirib ki, sağalanların ümumi sayı 90 minə yaxınlaşır.

2
konkret.az