FED uçot dərəcəsini artırdı

İQTİSADİYYAT
22:40 / 04.05.2022
963

ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1%-ə çatdırıb.

HİT.az xəbər verir ki, bu barədə FED-in yaydığı məlumatda deyilir.

Qeyd edək ki, FED-in əvvəlki faiz artımı 2018-ci ilin dekabrında olub və o vaxtdan bəri baza faiz dərəcəsi yalnız azalıb. Son iki il ərzində FED-in uçot dərəcəsi illik 0-0,25% diapazonunda olub. Bu ilin mart ayında FED 4 il sonra ilk dəfə faiz dərəcəsini artırıb.

0