"Avropa hesabı balanslaşdırmağa başlamasa, mən Ukraynaya pul verməyəcəyəm" - Tramp

DÜNYA
18:16 / 30.04.2024
167

Ağ Evin keçmiş rəhbəri və indiki ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Avropa Ukraynaya yardımın həcmini Amerikanınkına qədər artırmalıdır.

HİT.az xəbər verir ki, o, bu barədə "Time" jurnalına eksklüziv müsahibəsində bildirib.

"Avropa hesabı balanslaşdırmağa (ayrılan yardım-red.) başlamasa, mən Ukraynaya pul verməyəcəyəm. Avropa ödəmək niyyətində deyilsə, biz niyə etməliyik?", deyə Tramp bildirib.

Onun sözlərinə görə, müharibə Avropaya ABŞ-dan qat-qat çox təsir edib.

"Avropalılar bu müharibədən daha çox təsirlənib. Aramızda bir okean var. Avropa və Ukrayna arasında belə bir şey yoxdur", deyə o əlavə edib.

Eyni zamanda, "Time" jurnalistləri qeyd edirlər ki, Aİ ölkələri də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 100 milyard ABŞ dollarından çox yardım edib.

Martın əvvəlində Macarıstanın baş naziri Viktor Orban Trampla görüşdən sonra bildirib ki, əgər o, yenidən ABŞ prezidenti seçilərsə, Rusiya ilə müharibədə Ukraynaya istənilən dəstəyin əleyhinə çıxacaq.

Samir

 

0