Onlar imtahanda maksimum bal topladı - FOTO

17:16 / 30.04.2024
247
Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
 
HİT.az xəbər verir ki, 4 şagirddən ikisinin adı açıqlanıb.
 
Belə ki, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.
 
 
Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır. 
 

0