Alça yeyərkən nələrə diqqət etməliyik? - Ekspert AÇIQLADI

SAĞLAMLIQ
11:21 / 10.05.2024
585

"Alça yeyərkən onların mövsümündə yetişdiyinə diqqət etməliyik".

Bu sözləri qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, alçanın tərkibində olan vitamin və minerallar immun sisteminin güclənməsinə kömək edir:

"Başda C vitamini xüsusi vurğulamaq lazımdır. Həmçinin, alçanın tərkibindəki vitamin və minerallar sərbəst radikallara qarşı orqanizmi qoruyur. Alçanın tərkibində olan lif də metabolizmanı sürətləndirir".

349862

Həmsöhbətimiz qeyd edib ki, alçanın tərkibində olan K vitamini və maqneziumun da orqanizmə böyük faydaları var:

"Belə ki, K vitamini ilə maqnezium kalsiumun və dəmirin sorulmasına dəstək verir. Onların sümüklər üçün də faydaları çoxdur.

Təbii ki, alçanın faydalarını saymaqla bitməz. Onun inanılmaz faydaları var. Alça orqanizmdə xolesterinlərin də yaranmasının qarşısını ala bilir". 

Mütəxəssis alçanı duzla yeməyin zərərli olduğunu da söyləyib:

"Əslində, alçanı duzla yemək doğru bilinən yanlışdır. Çünki bu, orqanizmdə duzun səviyyəsinin artmasına gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, həddindən artıq duz yemək orqanizmdə ödəm yaradır və su ixracının qarşısını alır. Ümumiyyətlə, su orqanizmdə qaldığı zaman da ödəm əmələ gəlir. Duzun böyrəklər və qan təzyiqinə də mənfi təsirir var. Ona görə alçanı duzla yemək tövsiyə olunmur". 

Pərviz

0