Məşhur arıqlama dərmanı deyildiyi qədər qorxuludur, yoxsa faydalı?

SAĞLAMLIQ
19:40 / 20.05.2024
428

Son zamanlar arıqlamaq üçün endokrinoloqlar tərəfindən təyin edilən "Ozempic" adlı dərman maddəsi təhlükəlidir ya yox?

Bu suallar çox səsləndiyi üçün mütəxəssis rəyi almaq istədik.

Hit.az-a açıqlama verən terapevt Sevinc Qurbanova bildirib ki, bu preparatdan son zamanlar geniş istifadə olunur və müəyyən kurs üzrə tətbiq edilir:

"Düzdür, "Ozempic"in tətbiqi ürəkbulanma,qusma, narahatlıq kimi bir çox diskomfort hallara səbəb ola bilir. Lakin təsiri də var. Əvvəllər arıqlamaq üçün Reduksin adlı preparatdan istifadə olunurdu.Bu infarkt və insult kimi təhlükəli nəticələr verə bilirdi. Özempik dərmanının tətbiqi ürəkbulanma, orqanizmdə əzələlərdə elastikliyi artırmaq,iltihabi prosesləri aradan qaldırmaq kimi xüsusiyyətlərə də malik olduğu üçün infarkt və insult risklərini azaldır, yağ toxumalarına təsir edir, arıqlamağa kömək edir. Buna görə hesab edirəm ki, bu preparatın gələcəkdə tibb elmində istifadəsi daha da genişlənəcək".

Murad

0