Maaş, pensiya və təqaüdlər artacaq? - AÇIQLAMA 

İQTİSADİYYAT
11:26 / 17.05.2024
667

"Büdcəyə yenidən baxılanda maaş, sosial müavinət və pensiyaların artırılmasını gözləmirəm".

Bu sözləri iqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, pensiyalar ildə bir dəfə artırılır:

"Pensiyalar ildə bir dəfə indeksasiya metodu ilə artırılır. Yəni orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. Ona görə də bu il pensiyaların yenidən artırılacağını zənn etmirəm".

350474

Ekspert sosial müavinətlər barədə də danışıb:

"Yaşayış minimumu ilin əvvəllində artırılıb. Fərdi sosial müavinətlərlərin isə hamısı yaşayış minimumuna bağlı olan məsələlərdir. Lakin büdcəyə baxılanda sosial müavinətlərin də yenidən artırılmasınını gözləmirəm. Ümumiyyətlə, yaşayış minimumu ilə bağlı məsələyə ilin axırında baxılacaq". 

İqtisadçı əlavə edib ki, gələn il minimum əməkhaqqı artırıla bilər:

"Minimum əməkhaqqının artırılması ilə bağlı təklif isə noyabr ayının 1-də veriləcək. O da növbəti ildən tətbiq olunacaq".

Xalid Kərimlinin sözlərinə görə, əslində büdcənin nəzərdə tutulandan artıq olması davamlı olan sosial xərclərin artırılmasına əsas vermir:
"Ona görə bu məsələ dəqiq araşdırılmalıdır. Buna baxmayaraq, bəzi siniflərə verilən müavinətlərin artırılması gündəmə gələ bilər. Hesab edirəm ki, böyük tutumu olmayan kiçik qruplara verilən müəyyən təqaüdlər artırılma ehtimalı var. Amma onlara da ilin ortasında baxılması inandırıcı deyil. Məncə, onlara da, sosial müavinət məsələlərinə də növbəti ilin büdcəsində baxılacaq".

Pərviz

0