Son günlər “Zəhər tuluğu” filmi ilə gündəmə gələn gənc aktrisa Ləman Mərrih nişanlanıb.
Sənətçi aylar öncə tanış olduğu Elnur Mehdizadə adlı bəylə ailə qurmaq üçün ilk addımı atıb. Cütlük ailə arasında sadə nişan keçirməyi üstün tutub.
Ləman sosial media hesabında nişanlısı ilə fotosunu bölüşərək “Biz nişanlandıq!” şərhini yazıb. Elnur isə İnstaqramda necə tanış olmaqları barədə paylaşım edib.
“Bir video linki istədik, mövzu haralara gəldi”, - deyə, o, bildirib.
Qeyd edək ki, E.Mehdizadə Amerikada yaşayır, aktrisa evləndikdən sonra ora köçəcək.
Onu da bildirək ki, L.Mərrih Azərbaycan Dövlət Yuğ Teatrının aktrisasıdır. O, hazırda “Ata ocağı” serialında Könül obrazına həyat verir./OLAY.az