Sulu, yoxsa quru yemək istehlak edilməlidir?

SAĞLAMLIQ
22:34 / 26.11.2024
267

Bir çox insanlar sulu qida deyil, quru yemək yemeyi sevir.

Həkimlər isə quru xörəklərlə yanaşı, sulu yeməklərin istehlak edilməsini zəruru sayır.

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, sulu qidalar insan orqanizmi üçün faydalıdır: 

"Şorba mədədə qidanın bərabər həll olmuş kütləyə çevrilməsinə kömək edir. Yağlı və ədviyyatlı şorbalar hər kəsə uyğun deyil, düzgün bişirildikdə çoxlu faydaları olmasına baxmayaraq, həzmi çətinləşdirə bilər. Mədə xorası və ya xroniki qastriti olanlar şorbaları ehtiyatla yeməlidirlər. Həzm sistemində problemi olanlar, xüsusilə, mədə-bağırsağın yara, xorası, qıcıqlanması, qastrit, pankreatit zamanı bu qida rasiondan çıxarılmalıdır. Xüsusən ət bulyonunda hazırlanmış yağlı şorbalar”.

Sevinc

0