“Belə insanlar duyğularını idarə edə bilmirlər” - Eyni seriala dəfələrlə baxanların NƏZƏRİNƏ

SOSİAL
20:31 / 26.11.2024
262

Yəqin ki, bir çoxunuz xoşunuza gələn hansısa seriala bir neçə dəfə baxdığınız vaxtlar olub. Hətta bəzi insanlar bir filmə sevdiyi üçün 6-7 dəfə baxıb. 

Maraqlıdır, belə bir halın psixoloji tərəfi nədir? Niyə bir seriala davamlı olaraq baxırıq?

Bu barədə Hit.az-a açıqlama verən psixoloq Xədicə Hüseynli deyib ki, bu hal bizim duyğularımızı idarə edə bilməməyimizdən qaynaqlanır:

“Dəfələrlə baxmağımıza, əzbərləməyimizə baxmayaraq, eyni kinoya baxmağa davam ediriksə, bu bizim duyğularımızı idarə edə bilməməyimizdən qaynaqlanır. Belə ki, özümüzü sakitləşdirə bilmədiyimiz zaman keçmiş bir vaxta, bəlkə də uşaqlığımıza gedərək , özümüzü rahatlaşdırma yoludur. 

Bu psixoloji durumun altında yatan ən böyük səbəblərindən biri odur ki, biz gün ərzində yaşadıqlarımızdan dolayı, güvənli bir zonaya ehtiyac duyuruq. Və yaxud da zehnimiz o qədər xaos içindədir ki, bizə tanış olan xarakterləri gördükcə, zehnimiz problemlərə ara verir. Bununla da, özünə rahatlaşacağı məkan tapır. 

Nəticə etibarilə dəfələrlə baxdığınız seriallar sizin güvənli zonanızı formalaşdırır. Beynimizdəki xaosu dayandırmaq üçün bu üsula əl atırıq”. 

Murad

0